Xanım deputata ağır itki - həyat yoldaşı vəfat etdi - FOTOLAR

Xanım deputata ağır itki - həyat yoldaşı vəfat etdi - FOTOLAR

Allah rəhmət eləsi̇n

4 Dekabr 2022, 23:21

Milli Məclisin deputatı Jalə Əliyevaya ağır itki üz verib.

Modern.az xəbər verir ki, xanım deputatın həyat yoldaşı vəfat edib.

Bu barədə Jalə Əliyevanın özü bildirib.

“Müjganımın atası, Kamranımın, İbrahimimin, Cavidanımın babası, həyatımın 35 ilinin ən yaxın sirdaşı, dostu, yoldaşı Yavuz Onku bu səhər itirdik... Bir az əvvəl qürbətdən aldığımız acı xəbərlə hamımız sarsıldıq... Həyat çox qısa, taleh çox amansız... İllər boyu uzaq məsafələrdə yaşadıq... Həsrət heç bitmədi ki... Elə ötən həftə qızıyla, nəvələriylə, kürəkəniylə, bütün qohumlarla, dostlatla Bakıda birlikdəydi... Sanki vida səfərinə çıxmışdı... Ötən 35 ilin Onunla birlikdə ömrümüzə, hafizəmizə yazılan qısa anları, qırıq anıları geriyə qalan həyatımız boyu bizimlə birlikdə yaşayacaq, O bizi heç tərk etməyəcək! Nur içində yat, əziz, sevimli Yavuz!”, - deyə deputat ailəsinə üz verən ağır itki barədə qeyd edib.

Qeyd edək ki, Jalə Əliyeva Yavuz Onkla 1989-cu ildə ailə qurmuşdu. Bu nikahdan onların Müjgan adlı bri qızları dünyaya gəlib. Milliyətcə türk olan mərhum Yavuz Onk uzun müddət idi deputatdan uzaqda yaşayırdı. 

Allah rəhmət eləsin...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran rejiminin soydaşlarımıza qarşı QƏTLİAM PLANI