Modern.az

72 yaşlı laborant işdə dünyasını dəyişdi

72 yaşlı laborant işdə dünyasını dəyişdi

Allah rəhmət eləsi̇n

9 Mart 2023, 12:54

Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşı vəfat edib.

 

Universitetdən Modern.az-a bildirilib ki, hadisə bu gün səhər saatlarında olub:

 

“Universitetin Fizika və kimya kafedrasının böyük laborantı Aybəniz Kosayeva işə gəlib və qəfil halı pisləşib. Universitetin tibb xidmətinin və çağırılan təcili tibbi yardım həkimlərinin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Aybəniz Kosayeva ürək çatışmazlığından əziyyət çəkirdi və bu xəstəliyə görə müalicə alırdı. Həkimlərin ilkin təshihinə görə, onun ürək çatışmazlığından vəfat etdiyi ehtimal edilir”.

 

Qeyd edək ki, A.Kosayevanın 72 yaşı olub. O, 1975-ci ildən Memarlıq və İnşaat Universitetində çalışırmış.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!