Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, Mühəndis fizikası və elektronika kafedrasının müdiri Eldar Mehralı oğlu Qocayev vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov məlumat verib.
O bildirib ki, Eldar Qocayev ötən gecə vəfat edib və bu gün Badamdar qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, Qocayev Eldar Mehralı oğlu 1944-cü il dekabr ayının 10-da anadan olub. 1967-1972–ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Fizika İnstitutunda işləyib, 1972-ci ildə həmin institutda namizədlik, 1985-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edib, 1987-ci ildə fizika üzrə professor elmi adına layiq görülüb.