Modern.az

Sabiq deputat vəfat edib - DOSYE

Sabiq deputat vəfat edib - DOSYE

Allah rəhmət eləsi̇n

29 Mart 2023, 15:22

Azərbaycanda keçmiş deputat vəfat edib.

Modern.az xəbər verir ki, III çağırış Milli Məclisdə Ağsu rayonu təmsil etmiş Ərəstun Cavadov dünyasını dəyişib.

Bakıdakı Mərkəzi Univermağın (MUM) sahibi olan Ə.Cavadov eyni zamanda xeyriyyəçi kimi də tanınıb.

Ərəstun Nurəddin oğlu Cavadov 1948-ci il oktyabrın 20-də Ağsu rayonunun Ərəbmehdibəy kəndində anadan olub. Moskva Kooperativ İnstitutunun əmtəəşünaslıq fakültəsini bitirib.

1967-ci ildən Azərbaycan İctimai Asayişin Mühafizəsi Nazirliyində elektrik, «Azərgeyimticarət» Bazasında əmtəəşünas işləmişdir. 1972-ci ildən Mərkəzi univermaqda böyük anbardar, bölmə müdirinin müavini, bölmə müdiri, şöbə rəisi, 1992-ci ildən baş direktor vəzifələrində çalışıb.

1998–2005-ci illərdə «Mərkəzi Univermaq» Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri olub.

2005-ci ildə 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən Milli Məclisə deputat seçilib.

Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü olub.  O, hakim Yeni Azərbaycan Partiyasının üzvü idi

Evli idi, 1 övladı var.

Allah rəhmət eləsin.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü