Modern.az

Azərbaycanlı futbolçu VƏFAT ETDİ

Azərbaycanlı futbolçu VƏFAT ETDİ

Allah rəhmət eləsi̇n

8 May 2023, 22:47

“Qarabağ-2”nin futbolçusu Şirxan Həsənzadə vəfat edib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl məşqin əvvəlində isinmə hərəkətləri zamanı ürəyi dayanan futbolçu xəstəxanada dünyasını dəyişib.

 

Komandanın hazırlığında gözlənilmədən 20 yaşlı futbolçunun ürəyində problem yaranmışdı. Məşqçilərin və həkimlərin ilkin müdaxiləsindən sonra dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılan Şirxanın həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, futbolçu U-21 yığmamızın heyətinə mütəmadi dəvət alırdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir