Modern.az

Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Allah rəhmət eləsi̇n

15 May 2023, 09:56

Vətən müharibəsi şəhidi Qismət Qardaşxanovun ailəsinə ağır itki üz verib.

 

Modern.az “Qafqazinfo”a istinadən xəbər verir ki, şəhidin anası Mərziyə Qardaşxanova vəfat edib. Onun xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilir.

 

Qeyd edək ki, 1994-cü il təvəllüdlü Qismət Qardaşxanov 2020-ci ilin oktyabrında Füzuli istiqamətində şəhid olub. O, ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Anbaan görüntülər: Kamil Zeynallı belə azadlığa buraxıldı