Şəhid Xudayarın ailəsində ağır itki - FOTO

Şəhid Xudayarın ailəsində ağır itki - FOTO

Allah rəhmət eləsi̇n

16 May 2023, 11:48

Vətən Müharibəsi şəhidi Xudayar Yusifzadənin ailəsinə ağır itki üz verib.

 

Modern.az xəbər verir ki, şəhidin babası Şimşad Şikar oğlu Məmmədov vəfat edib.

 

Bu barədə aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkə hesabında məlumat verib:

 

""Xudayarı hər gün yuxuda görürəm", deyirdi Şimşad baba... Onun yoxluğu ilə barışa bilmirdi. Deyirdi "Elə hey məni çağırır, baba, sənin üçün darıxıram, gəl gedək Şuşaya... Məni tək qoyma..." Bu dəqiqə Xudayar babasına qovuşdu. Nəvəsi üçün çox darıxan Şimşad baba nəvəsinə qovuşdu. İndi onların hər ikisinin ruhu birlikdə Vətən göylərindən boylanır. Yeri behişt olsun, Şimşad babanın".

 

Şəhid Xudayarın ailəsində ağır itki - FOTO

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ərdoğan meydan oxudu: Buna imkan verməyəcəyik!