Türkiyənin məşhur musiqiçisi, skripka ifaçısı Suna Kan dünyasını dəyişib.
Modern.az "Diken"ə istinadən xəbər verir ki, bu barədə pianoçu Gülsin Onay məlumat verib.
2017-ci ilin mayında səhhətində yaranan problemlərlə əlaqədar sənətçi bir müddətdir konsert verə bilmədiyini və "skripkanın qutusunu hələlik - bu dünyadan gedənə qədər" qapatdığını bildirmişdi.
Qeyd edək ki, Suna Kan 1936-cı ildə Adanada anadan olub. 5 yaşında olarkən Prezident Sarayının simfoniya orkestrində çalışan atası Nuri Kandan skripka ifa etməyi öyrənməyə başlayıb. Paris Konservatoriyasını fərqlənmə ilə bitirən xanım skripkaçı dünyaca məşhur musiqiçilərdən biri idi.