Əməkdar artistə ağır itki - oğlu vəfat edib

Əməkdar artistə ağır itki - oğlu vəfat edib

Allah rəhmət eləsi̇n

19 Sentyabr 2023, 11:22

Əməkdar artist, Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhman Rəhmanovun ailəsinə ağır itki üz verib.

Modern.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, Rəhman Rəhmanovun oğlu - müğənni Emil Rəhmanov bu gün səhər saatlarında vəfat edib. Mərhumun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.

Məlumatı Kukla Teatrının əməkdaşları da təsdiqləyiblər.

Qeyd edək ki, Emil Rəhmanov əvvəllər həbsdə olub. Onun əvvəllər narkotik maddələrin əludəçisi olduğu barədə də məlumatlar yayılıb. Mərhumun ilk evliliyindən bir övladı var.

Xatırladaq ki, Əməkdar artist Rəhman Rəhmanın daha bir oğlu 2004-cü ildə 27 yaşında faciəvi şəkildə vəfat edib. 

Allah rəhmət eləsin.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya agentləri səssiz rejimdə - Casus şəbəkəsi haqda şok detallar