Modern.az

Müdafiə nazirinin sabiq müavini vəfat etdi

Müdafiə nazirinin sabiq müavini vəfat etdi

13 Noyabr 2023, 13:12

Müdafiə nazirinin sabiq müavini, general-mayor Məhəmmədhüseyn Sarıyev vəfat edib.

 

Bu barədə Modern.az-a mərhumun yaxınları məlumat verib.

 

Bildirilib ki, general-mayor Məmmədhüseyn Sarıyev bu gün II Fəxri xiyabanda dəfn olunacaq.

 

Qeyd edək ki, Məmmədhüseyn Sarıyevə 1994-cü ildə general-mayor rütbəsi verilib. O, ştat vahidinin ixtisar olunması ilə əlaqədar olaraq 1998-ci ildə Azərbaycan Respublikası müdafiә nazirinin tikinti və mənzil təminatı üzrə müavini vəzifəsindən azad edilib.

 

O, Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri idi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri