Modern.az

Qəzada ölən Arif Acaloğlunun dayısı Aydın Acalov da eyni taleni YAŞAMIŞDI

Qəzada ölən Arif Acaloğlunun dayısı Aydın Acalov da eyni taleni YAŞAMIŞDI

Allah rəhmət eləsi̇n

16 Noyabr 2023, 15:08

Türkiyədə yaşayan türkoloq alim Arif Acaloğlunun ötən gecə Bakıda maşınla vurulması və bədbəxt hadisə nəticəsində həyatını itirməsi mərhumu tanıyanların hamısında təəssüf hissi doğurub.

Digər təəssüfləndirici məqam mərhumu vuran “Mercedes” markalı avtomobilin sükanı arxasında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun olmasıdır.  

Hadisənin hər iki iştirakçısı tanınmış şəxsdir...

Biri türkoloq alim, professor, İstanbul Mərmərə Universitetinin müəllimi, 1992-1993-cü illərdə Azərbaycan Prezidentinin müşaviri, akademik və siyasi araşdırmaların müəllifi...

Digəri mətbuatın az qala hər gün müraciət etdiyi həkim, saytlara, qəzetlərə, telekanallara açıqlamalar verən toksikologiya üzrə mütəxəssis, tibb üzrə fəlsəfə doktoru, həkimlər və tələbələr üçün “Kliniki Toksikologiya” kitabının həmmüəllifi...

Modern.az-a məlum olub ki, qəzada ölən mərhum türkoloq alim Arif Acaloğlunun dayısı da vaxtilə yol-nəqliyyat hadisəsinin qurbanı olub.

Söhbət Müsavat Partiyasının Məclis üzvü olmuş, fəlsəfə doktoru Aydın Acalovdan gedir.

Mərhum Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzası 2012-ci il avqustun 25-də Bakıda, Hökməli dairəsində baş vermişdi. O zaman Aydın Acalovun maşını Ağcabədi rayon sakini Sadiq Xəlilovun idarə etdiyi “KAMAZ” markalı avtomobillə toqquşmuşdu.

Aydın Acalov 1946-cı ildə ildə Gurcustan Respublikası Bolnisi rayonunun Kəpənəkci kəndində anadan olmuşdu.

Orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun mühəndis-radiotexnik fakultəsində təhsil almışdı. Elmlər Akademiyasının Fizika İnstitutunun “Selen” təcrubə zavodunda şöbə rəisi, “Geofizcihaz” İstehsalat Birliyində baş mühəndisin müavini işləmişdi. 1991-ci ildə “Turan” Elmi İstehsalat Assosiasiyasının prezidenti olmuşdu. Texnika elmləri namizədi idi.

O, 1993-cu ildən öldüyü günə kimi Musavat Partiyasının üzvü olub.

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi