Modern.az

Şəhid atası vəfat etdi - FOTO

Şəhid atası vəfat etdi - FOTO

Allah rəhmət eləsi̇n

11 Dekabr 2023, 15:56

Ucar rayonunda şəhid atası vəfat edib.

 

Modern.az xəbər verir ki, şəhid gizir Coşqun Məmmədovun atası Elnur Məmmədov bu gün dünyasını dəyişib.

 

Mərhum rayonun Qarabörk kəndində dəfn olunacaq. 

 

Qeyd edək ki, C.Məmmədov Vətən müharibəsində qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Suqovuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib. 

Ailəli idi. İlkin adlı oğlu Vətənə əmanət qalıb.

 

Şəhid gizirimizin atası vəfat etdiŞəhid gizirimizin atası vəfat etdiŞəhid gizirimizin atası vəfat etdi

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!