Modern.az

Tanınmış jurnalist vəfat etdi

Tanınmış jurnalist vəfat etdi

Allah rəhmət eləsi̇n

2 Fevral 2024, 07:21

Tanınmış jurnalist Rəhman Məmmədzadə (Orxan) vəfat etdi.

 

Bu barədə Modern.az-a Sumqayıt Tibb Mərkəzinin Mətbuat katibi Ramil Zeynallı məlumat verib.

 

Bildirilib ki, əməkdar jurnalist Rəhman Məmmədzadə bu axşam dünyasını dəyişib.

 

Xatırladaq ki, Rəhman Orxan uzun müddətdir müxtəlif xəstəliklərdən, o cümlədən ayaqlarındakı problemdən əziyyət çəkirdi

Qeyd edək ki, Rəhman Orxan uzun illər “Vışka” qəzetinin əməkdaşı, o cümlədən Qarabağ bölgəsi üzrə xüsusi müxbiri işləyib. “Bakinets” qəzetinin təsisçisi və baş redaktoru olub. 

Dağlıq Qarabağ mövzusuna, xalqımızın erməni faşizminə qarşı apardığı ədalətli mübarizəyə həsr olunmuş yazılarına və jurnalist hüquqlarının müdafiəsinə görə 1993-cü ildə Osman Mirzəyev adına Respublika mükafatına layiq görülüb.
 

2001-2013-cü illərdə “Azərikimya” İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.
 

Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Bir neçə kitabın müəllifi və redaktorudur.
 

Prezident İlham Əliyevin 4 oktyabr 2016-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adı verilib.

Rəhman Orxan Modern.az saytı ilə də əməkdaşlıq edirdi.

Allah rəhmət eləsin.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Kəlbəcərdə Ordumuzun qarşısına çıxan şirkət “vuruldu”