Modern.az

Rza Cavadxani vəfat etdi

Rza Cavadxani vəfat etdi

Allah rəhmət eləsi̇n

5 Aprel 2024, 07:58

Gəncə xanı Cavad xan nəslinin nümayəndəsi Rza Cavadxani vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi “X” sosial şəbəkəsində bildirib.

 

“Gəncə xanı Cavad xan nəslinin nümayəndəsi Rza Cavadxaninin əziz xatirəsini yad edirik. 2007-ci ildə Prezident İlham Əliyev Rza Cavadxanini Prezident sarayında qəbul edib. O zaman Rza ata-baba yurduna gəlməkdən şərəf duyduğunu və Azərbaycanda bütün sahələrdə böyük inkişafın şahidi olduğunu qeyd edib. Səfir Xəzər İbrahim və səfirliyimizin əməkdaşları adından onun ailəsinə dərin hüznlə başsağlığı veririk. Qəbri nurla dolsun”, - paylaşımda qeyd olunub.

 

Qeyd edək ki, Rza Cavadxani ABŞ-də yaşayırdı. Onun iki qardaşı ABŞ-də, biri Malayziyada, iki qardaşı və bir bacısı isə İranda yaşayırlar. Cavad xanın nəslinin nümayəndəsi həm də Azərbaycan vətəndaşı idi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!