Modern.az

Azərbaycanda daha bir sabiq deputat VƏFAT ETDİ - FOTO

Azərbaycanda daha bir sabiq deputat VƏFAT ETDİ - FOTO

17 Aprel 2024, 14:10

Milli Məclisin sabiq deputat İsgəndər Quliyev vəfat edib.

 

Modern.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının dosenti olan sabiq siyasətçi bu gün dünyasını dəyişib.

 

İsgəndər Quliyev 1938-ci il iyulun 1-də Astara rayonunda anadan olub. Orta təhsilini Ərçivan kənd Puşkin adına orta məktəbdə alıb. 1960-cı ildə BDU-nun Tarix fakültəsinə qəbul olunub.

 

1965-ci ildən BDU-nun Tarix fakültəsində elmi-pedaqoji fəaliyyətə başlayıb. 1967-ci ildə namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb. 1965-1968-ci illərdə Astara rayonu Səncərli kənd tam orta məktəbində əvvəlcə direktor müavini, sonra direktor vəzifəsində işləyib. 1970-ci ildən BDU-da müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.

 

İsgəndər Quliyev II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

 

“91-lər”in tanınmış nümayəndələrindən olan İsgəndər Quliyev 2000-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.

 

Qeyd edək ki, bu gün Milli Məclisin sabiq deputatı Hadı Rəcəbli də dünyasını dəyişib.

 

1339482

Whatsapp
Bizə yazın!
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi