Modern.az

Azərbaycanın sabiq müdafiə naziri VƏFAT ETDİ 

Azərbaycanın sabiq müdafiə naziri VƏFAT ETDİ 

28 May 2024, 00:38

Azərbaycan Respublikasının sabiq müdafiə naziri Dadaş Rzayev vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

 

Bildirilib ki, general-mayor Rzayev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

 

Xatırladaq ki, D.Rzayev 22 dekabr 1935-ci ildə Goranboy rayonunda doğulub. 1993-cü ildə cəmi 4 ay Azərbaycan Respublikasının müdafiə naziri vəzifəsində çalışıb. 2014-cü ildə Azərbaycan Respublikası Veteranlar Şurasının sədri seçilib. 2015-ci ildə isə "Azərbaycan Respublikasının ictimai həyatındakı səmərəli fəaliyyətinə və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə" "Şöhrət" ordeni ilə təltif edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi