Modern.az

Adil və Məhərrəm Əliyev qardaşlarına ağır itki - FOTO 

Adil və Məhərrəm Əliyev qardaşlarına ağır itki - FOTO 

Allah rəhmət eləsi̇n

12 İyun 2024, 15:32

Milli Məclisin vitse-spikeri Adil Əliyevin qardaşı, ehtiyatda olan polis polkovniki Allahverdi Əliyev 77 yaşında dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, bu barədə jurnalist Elnur Eltürk məlumat yayıb.

 

O bildirib ki, A.Əliyev sabah Şüvəlan qəsəbəsi Mir Mövsüm Ağa ziyarətgahındakı məzarlıqda dəfn ediləcək.

 

Allahverdi Əliyev uzun illər polis sistemində yüksək vəzifələrdə çalışıb. O, sonuncu dəfə DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu üzrə polis şöbəsinin rəisi vəzifəsində çalışıb.

 

A.Əliyevin digər qardaşı Məhərrəm Əliyev isə 2023-cü ilin dekabrınadək Prezidentin müdafiə məsələləri üzrə köməkçisi olub. General-polkovnik Məhərrəm Əliyev hazırda ölkəmizin Belarusdakı səfiridir.

 

1356700

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada şok-Çağırışçılar ordudan qaçır