Modern.az

Vətən müharibəsi şəhidinin anası VƏFAT ETDİ

Vətən müharibəsi şəhidinin anası VƏFAT ETDİ

Allah rəhmət eləsi̇n

3 Sentyabr 2024, 11:10

Vətən müharibəsi şəhidi Elçin Əliyevin anası Ulduz Əliyeva dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı onun yaxınları yayıb.

 

Şəhid anasının uzunsürən xəstəlikdən dünyasını dəyişdiyi bildirilir.

 

Elçin Əliyev 1994-cü ildə Mingəçevirdə anadan olub. Aprel döyüşlərində də iştirak edən hərbi qulluqçu 2020-ci ildə Talış kəndi uğrunda gedən döyüşlər zamanı şəhid olub.

 

O, şəhadətindən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə  təltif edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu