Modern.az

Türk dünyasına AĞIR İTKİ

Türk dünyasına AĞIR İTKİ

Allah rəhmət eləsi̇n

3 Sentyabr 2024, 11:26

Özbəkistan, Türkmənistan və Qaraqalpaqıstanın xalq artisti Bobomurod Hamdamovun 84 yaşında vəfat edib.

 

Modern.az Özbəkistan mətbuatına istinadən xəbər verir ki, Bobomorod Hamdamov 1940-cı ildə Türkmənistan SSR-in Cərco şəhərində anadan olub.

 

O, xalq mahnılarını 4 dildə ifa edib: özbək, türkmən, tacik və hind. Orta məktəbi bitirdikdən sonra qısamüddətli krançı kursu keçib və tikintidə işləməyə başlayıb. Lakin mahnıya olan sevgi qalib gəlib və Bobomurod Hamdamov Komiljon Otaniyazovun Daşoğuzdakı ansamblında işləməyə başlayıb.

 

Bobomorod Hamdamov özbək milli xanəndəlik sənətinin inkişafına mühüm töhfə vermiş, bir neçə ölməz əsər yaratmış və pərəstişkarlarının rəğbətini qazanmış sənətkar olub. Xüsusilə, onun “Sultan Cəlaləddin”, “Kim Ekan”, “Devona”, “Galdımu”, “Kürkdim” kimi mahnıları Özbəkistan xanəndəlik sənətinin əsl klassiklərinə çevrilib.

 

Onun mahnıları və əsərləri özbək incəsənətinin “qızıl fondu”na daxil edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri