Modern.az

597 bal toplayan Nərmin dəm qazından ölübmüş - YENİLƏNİB

597 bal toplayan Nərmin dəm qazından ölübmüş - YENİLƏNİB

Allah rəhmət eləsi̇n

15 Noyabr 2024, 16:44

Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakültəsinin III kurs tələbəsi Hüseynova Nərmin Kamal qızı dəm qazından vəfat edib.

Modern.az-ın məlumatına görə, o, yaşadığı mənzildə faciəvi hadisənin qurbanı olub.

***

15:48

Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakültəsinin III kurs 422A-2a qrup tələbəsi Hüseynova Nərmin Kamal qızı vəfat edib.

Modern.az xəbvər verir ki, bu barədə ATU-nun Mətbuat xidmətindən bildirilib.

Nərmin Hüseynova 2022-ci ildə Akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 N-li məktəb-liseyi fərqlənmə ilə bitirib.

2022-ci ildə 597.3 balla Azərbaycan Tibb Universitetinin Stomatologiya ixtisasına dövlət sifarişi əsasında qəbul olunub.

ATU rəhbərliyi, professor-müəllim heyəti və tələbələri adından mərhumun ailəsinə başsağlığı verilib.

Allah rəhmət eləsin!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Azərbaycana şok MESAJ