Modern.az

Keçmiş icra başçısı - sabiq deputat vəfat edib

Keçmiş icra başçısı - sabiq deputat vəfat edib

Allah rəhmət eləsi̇n

23 Noyabr 2024, 15:30

Sabirabad rayon İcra Hakimiyyətinin keçmiş başçısı, sabiq deputat Səmayə Piriyeva vəfat edib.

Modern.az-ın məlumatına görə, 79 yaşlı Səmayə Piriyeva uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

S.Piriyeva 1999-2000-ci illərdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.

O, I çağırış Milli Məclisin (1995-2000) 94 saylı Hacıqabul–Salyan seçki dairəsindən deputatı olub.

Səmayə Aslan qızı Piriyeva 1945-ci il iyunun 17-də Hacıqabul rayonunun Qazıməmməd şəhərində anadan olub. Azərbaycan Pedaqoji Dillər İnstitutunun rus dili və ədəbiyyatı fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirib.
1995-ci il noyabrın 12-də 94 saylı Hacıqabul-Salyan seçki dairəsindən deputat seçilib. Milli Məclisin Yerli özünüidarə məsələləri komissiyasının üzvü olub.

Yeni Azərbaycan Partiyasının üzvü idi.

Mərhum təqaüdə çıxandan sonra Hacıqabul rayonunda yaşayırdı.

Allah rəhmət eləsin.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır