Modern.az

Metro işçisi "Koroğlu" stansiyasında vəfat edib

Metro işçisi "Koroğlu" stansiyasında vəfat edib

Allah rəhmət eləsi̇n

14 Dekabr 2024, 13:01

Bakı Metropoliteninin işçisi vəfat edib.

Bu barədə Modern.az-a Metropolitenin Mətbuat xidmətindən bildirilib.

Səhər saat 5:30-da iş vaxtı bitən və "İnşaatçılar" stansiyasında iş yerini tərk edən Bakı metropoliteninin tunel qurğuları üzrə usta köməkçisi Saleh Məmmədov saat 8:50-də "Koroğlu" stansiyasında növbətçiyə yaxınlaşaraq, tibbi yardıma ehtiyacı olduğunu bildirib.

Dərhal ilkin yardım göstərilib, təcili və təxirəsalınmaz tibbi yardım xidməti çağırılıb. Bütün müvafiq tədbirlər görülsə də, Saleh Məmmədov dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular