Modern.az

BDU-nun əməkdaşı vəfat etdi

BDU-nun əməkdaşı vəfat etdi

Allah rəhmət eləsi̇n

23 Yanvar 2025, 13:37

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Nəzəri fizika kafedrasının laborantı Sevinc Rəhimova vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə BDU-nun Mətbuat xidmətindən bildirilib.

Sevinc Rəhimova 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983-1993-cü illərdə Bakı şəhəri 151 nömrəli tam orta məktəbdə, 1993-1997-ci illərdə BDU-nun Fizika fakültəsində bakalavr, 1997-1999-ci illərdə magistr dərəcəsi üzrə təhsil alıb. 2003-2007-ci illərdə BDU-nun Nəzəri fizika kafedrasının qiyabi aspirantı olub. 2001-ci ildən Nəzəri fizika kafedrasının laborantı vəzifəsində çalışıb.

O, 5 elmi məqalənin müəllifi olub. Tədqiqat sahəsi lepton-nuklon qarşılıqlı təsirlərində polyarizə olunmuş lyambda hiperonların yarıminklüziv alınması idi.

Allah rəhmət eləsin!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular