Modern.az

“Təbib” qəzetinin məsul katibi vəfat etdi

“Təbib” qəzetinin məsul katibi vəfat etdi

Allah rəhmət eləsi̇n

20 May 2025, 09:41

Azərbaycan Tibb Universitetinin (ATU) “Təbib” qəzetinin məsul katibi, şair, jurnalist Mənsur Ələkbərov vəfat edib.

Bu barədə Modern.az-a ATU-nun mətbuat xidmətindən məlumat verilib.

ATU rəhbərliyi və kollektivi mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib.

Mənsur Abbas oğlu Ələkbərov 13 yanvar 1963-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Subatan kəndində doğulub. 1981-ci ildə orta məktəbi bitirib.

1988-ci ildə Azərbaycan Dövlət Universitetinin "Kitabşünaslıq və nəşr işi" fakültəsinə daxil olub və təhsilini davam etdirməklə bərabər M.F.Axundov adına dövlət kitabxanasında Elmi-metodiki şöbədə redaktor, baş redaktor vəzifələrində çalışıb.

1993-cü ildə həmin fakültəni poliqrafiya ixtisası üzrə başa vurub. 

1997-ci ildən Azərbaycan Tibb Universitetinin mətbu orqanı olan "Təbib" qəzetində məsul katib işləyirdi.

Bu illər ərzində yüzlərlə ədəbi-publisistik məqalələri, bədii yazıları, şeirləri dövrü mətbuatda işıq üzü görüb, onlara kitaba redaktorluq edib.

Allah rəhmət eləsin.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI