Modern.az

Xanhüseyn Kazımlı VƏFAT ETDİ

Xanhüseyn Kazımlı VƏFAT ETDİ

Allah rəhmət eləsi̇n

24 İyul 2025, 09:39

Milli Məclisin sabiq deputatı Xanhüseyn Kazımlı vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

Qeyd edək ki, Xanhüseyn Kazımlı 1942-ci il oktyabrın 1-də İmişli rayonunun Ağaməmmədli kəndində anadan olub. 1998–1999-cu illərdə Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri işləyib. 1998-ci ildə keçirilən Azərbaycan Respublikası Prezidenti seçkilərində namizəd olub.

O, birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

Xanhüseyn Kazımlı Azərbaycan Sosial Rifah Partiyasının ilk və son sədri olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış