Modern.az

Tanınmış hakim vəfat etdi

Tanınmış hakim vəfat etdi

Allah rəhmət eləsi̇n

2 Avqust 2025, 15:03

Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Ənvər Seyidov vəfat edib.

 

Modern.az xəbər verir ki, bu haqda sosial şəbəkədə məlumat paylaşılıb.

 

Qeyd edək ki, Ənvər Seyidov 1949-cu il martın 29-da anadan olub. O, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 

O, 1990-cı ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin, 2000-ci ildən Ağır Cinayətlərə dair Azərbaycan Respublikası Məhkəməsinin, 2011-ci ildən 2019-cu ilədək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifələrində işləyib.

Birinci ixtisas dərəcəli hakim, hüquq elmləri doktoru olan Ə. Seyidov Azərbaycan Dövlət Pedoqoji Universitetinin professoru idi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir