Modern.az

Şəhid mayorun anası vəfat etdi

Şəhid mayorun anası vəfat etdi

Allah rəhmət eləsi̇n

15 Avqust 2025, 18:01

19-20 sentyabr tarixli antiterror əməliyyatı zamanı şəhid olmuş mayor Elxan Nəcəfinin anası Afət Nəcəfi vəfat edib.

Modern.az xəbər verir ki, mərhumun Bakının Hövsan qəsəbəsində dəfn ediləcəyi bildirilir.

Qeyd edək ki, Elxan Nəcəfinin atası Şükür Nəcəfi Birinci Qarabağ müharibəsi zamanı - 1993-cü ildə Ağdam döyüşləri zamanı şəhid olub.
Elxan Nəcəfi isə Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə iştirak edib. Qəhrəman mayor 20 sentyabr 2023-cü il tarixində antiterror tədbirləri zamanı Xocavənd  istiqamətində gedən döyüşlərdə şəhid olub. O, Ali Baş Komandan tərəfindən bir çox medallarla təltif edilib.

Allah rəhmət eləsin! 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu