Modern.az

İspaniya-Almaniya oyununda qalib müəyyənləşmədi - YENİLƏNİB

İspaniya-Almaniya oyununda qalib müəyyənləşmədi - YENİLƏNİB

28 Noyabr 2022, 01:00

Dünya çempionatının E qrupunun ikinci turunda İspaniya yığması Almaniya millisi ilə qarşılaşıb.

 

Modern.az xəbər verir ki, qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

 

Bu nəticə ilə xallarının sayını 4-ə yüksəldən İspaniya yığması qrupda ilk pillədəki yerini qoruyub. Hərəsinin 3 xalı olan Yaponiya və Kosta Rika uyğun olaraq 2 və 3-cü yerləri bölüşüblər.

 

Almaniyanın isə 1 xalı var və sonuncu pillədə qərarlaşıb. Qrupun son oyunlarında Almaniya Kosta Rika, Yaponiya isə İspaniya ilə qarşılaşacaq.

 

***

00:47

 

Dünya çempionatının E qrupunun ikinci turu çərçivəsində keçirilən İspaniya-Almaniya matçında hesab bərabərləşib.

 

Modern.az xəbər verir ki, oyunun 83-cü dəqiqəsində Fullkruq Almaniyanın cavab qolunu vurub. 

 

***

00:26

 

Dünya çempionatının E qrupunun ikinci turu çərçivəsində keçirilən İspaniya-Almaniya oyununda hesab açılıb.

 

Modern.az xəbər verir ki, matçın 62-ci dəqiqəsində Alvaro Morata İspaniyanı önə keçirib.

 

***

23:00

Dünya çempionatının E qrupunun ikinci turunda İspaniya yığması Almaniya millisi ilə qarşılaşır. 

 

Modern.az xəbər verir ki, görüş saat 23:00-da start götürüb.

 

***

Qətərdə keçirilən dünya çempionatının E qrupunun ikinci turunda üz-üzə gələcək İspaniya və Almaniya yığmalarının start heyətləri açıqlanıb.

 

Modern.az xəbər verir ki, komandalar matçda aşağıdakı “11-lik”lərlə iştirak edəcək:

 

Almaniya: Manuel Noyer, Tilo Kerer, Niklas Süle, Antonio Rüdiger, David Raum, Coşua Kmmix, Leon Qoretska, Cama Musiala, İlkay Gündoğan, Serj Qnabri, Tomas Müller

 

İspaniya: Unay Simon, Dani Karvahal, Rodri, Emerik Lyaport, Jordi Alba, Qavi, Serxio Busgets, Pedri, Marko Asensio, Dani Olmo, Ferran Torres

 

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir