Almaniya hökuməti ölkənin hava limanlarında kadr çatışmazlığı ilə bağlı problemi aradan qaldırmaq üçün xarici işçilər cəlb etməyi planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə Almaniyanın əmək və sosial işlər naziri Hubertus Heil deyib. Onun sözlərinə görə, federal hökumət xaricdən təcili ehtiyac duyulan kadrların müvəqqəti iş üçün Almaniyaya daxil olmasına icazə verməyi planlaşdırır.
Nazir, həmçinin qeyd edib ki, işçilərə tariflə müəyyən edilmiş əmək haqqı verilməli, onlar müəyyən müddətə mənzillə təmin olunmalıdırlar.