“Azərbaycan və Erməmnstan öz aralarında bütün məsələlərin müzakirəsilə müəyyən razılıqlar əldə etdikdən sonra Fransa prezidentin yenidən özünün iştirakı ilə Prezident Əliyev və Baş nazir Paşinyanın görüşünü təşkil etməsi şübhə doğuran məsələdir”.
Modern.az xəbər verir ki, bunu Azərbaycan Milli Məclisnin ABŞ-da yaşayan eks-spikeri Rəsul Quliyev Brüssel görüşlərinə münasibət bildirərkən deyib.
“Fikirimcə bu görüşün əsas təşkilatçısı Prezident Putindir. Brüssel görüşləri qabağı Makron və Putin Qarabağ məsələsini müzakirə etmişdilər. Nə üçün? Putinin təşəbbüsü ilə. Niyə mən bu qənaətə gəlmişəm... Əvvla Makron fransızdır. Yəni özündən müştəbeh adamdır. Dünya siyasətində çox böyük rolu olduğuna inanır. Fransuz liderləri həmişə özündən müştəbeh olublar. Bu ölkənin yeganə bir normal lideri olub, o da Korsikalı Bonapart Napaleondur.
İkincisi, həddən artıq bic ağıl sahibi olan Putin onun zəif damarını tutub. Ona Merkel gedəndən sonra Avropanın rəhbəri sənsən, səninlə razılaşdırmamış heç bir qərar Avropa İttifaqında qəbul edilməməlidir deməklə Makronu belə ağılsız hərəkətə yönəldib.
Üçüncüsü də Makron Ərdoğanla düşməndir və çox asanlıqla erməni-türk münasibətlərini pozmağa ümid edir”,-deyə R.Quliyev əlavə edib.
Eks-spikerin fikrincə, Prezident Əliyev onun bu yazdıqlarını çox gözəl bilir və yəqin ki, Makrona Putinin tapşırığını yerinə yetirməyə imkan verməyəcək: “Ümid edirəm ki, Paşinyanda Makronun pozuculuq siyasətinə qulaq asmayacaq”.