Modern.az

Rusiyanı boğacaqlar, nüvə silahı da ona kömək etməyəcək!

Analitika

17 Yanvar 2022, 00:26

İbrahim Nəbioğlu

1. Rusiya demək olar ki, beynəlxalq aləmdən təcrid olunub. Praktiki olaraq müttəfiqləri yoxdur. Formal olaraq müttəfiq olanlar isə müvəqəttidirlər və həlledici məqamda Rusiya onlardan kömək ala bilməz.

2. Rusiya texnoloji cəhətdən inkişaf etməyib, asılıdır. Hərbi sənaye kompleksindən başqa. Ona görə də Rusiya Qərblə əməkdaşlıq etmədən inkişaf edə bilməz. Qərblə münaqişə Rusiya üçün intihardır.

3. Rusiya iqtisadi cəhətdən zəifdir. Onun dünyadakı rolu kiçikdir və daim azalır.

4. Rusiya elitası qərbyönlüdür. Keçmiş “KQB” zabitləri ilə Putinin ətrafında kiçik bir klubdan başqa. Qalanları isə Rusiyanın Qərbə təslim olmasına sevinəcəklər.

5. Rusiya əhalisi yoxsulluq içində yaşayır. Rusiya həyat tərzi baxımından cəlbedici deyil.

6. Rusiya öz tarixi torpaqlarında, qədim paytaxtında güc yolu ilə Anti-Rusiya yaradılmasına icazə verdi. Və ona qarışmaqdan qorxur.

7. Rusiyanın öz ideologiyası yoxdur. O, mental və mədəni baxımdan Qərbdən asılıdır.

8. Rusiyada mütərəqqi olan hər şey Qərbə tərəfdir. Təhsil nə qədər yüksəkdirsə, gəlir də bir o qədər çoxdur, nə qədər gəncsənsə, bir o qədər Qərbin tərəfində və Putinə qarşısan.


9. Rusiyada elm, təhsil, səhiyyə kimi inkişaf potensialı zəif inkişaf etmişdir. Və hətta deqradasiyaya davam edir. Ona görə də deqradasiyaya məhkumdur.

10. Rusiya Qərblə qarşıdurmanı bir dəfə uduzub. O zaman indikindən güclü idi. İndi Rusiya xeyli zəifləyib, Qərb isə xeyli güclənib. Ona görə də Rusiya Qərblə qarşıdurmanı indi də uduzacaq. Bu səbəbdən də münaqişəni daha da gərginləşdirməkdən çəkinmirlər.

11. Bəli, Rusiyanın nüvə silahı var. Amma bunun mənası yoxdur, çünki heç kim onunla savaşa girməyəcək. Rusiyanı boğacaqlar, nəzarəti ələ keçirəcəklər, transformasiya edəcəklər. Nüvə silahı SSRİ-yə kömək etmədi. İndi də Rusiyaya kömək etməyəcək.

Sizcə bu maddələri mənmi yazdım? Yox, mən sadəcə tərcümə etmişəm. Bu sətirlər Dövlət Dumasının iqtidardakı “Yedinaya Rossiya” partiyasından keçmiş deputat Sergey Markova aiddir. O, bu arqumentlərlə Rusiya ilə danışıqlarda Qərbin özünə inamını izah edir…

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir