Modern.az

Rusiya istədiyini almadan müharibəni dayandırmayacaq - ŞƏRH

Rusiya istədiyini almadan müharibəni dayandırmayacaq - ŞƏRH

Analitika

8 Mart 2022, 14:40

“Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin real hərbi nəticələri 2022-ci il martın sonundan etibarən, aktual siyasi-diplomatik nəticələri 2022-ci ilin sonuna qədər, iqtisadi nəticələri 2023-ün ili sonuna qədər, strateji nəticələri isə 5 il ərzində aydın olacaq”.

Modern.az-ın məlumatına görə, bu fikirləri siyasi təhlilçi Nazim Cəfərsoy bildirib.

Onun sözlərinə görə, hazırda baş verənlər hesabatlara görə dünyanın 2-ci hərbi gücü ilə 22-ci hərbi gücü arasında içində tarixin ən böyük psixoloji hərblərindən biri ilə müşayiət olan müharibədir.

 

“Xüsusilə indi başda Qərb və Rusiya olmaq üzrə ictimaiyyətə təqdim edilən müharibə analizlərinin böyük bir hissəsinin propaqanda xarakterli olduğunu və yanlış çıxacağını düşünürəm. Təbii ki, qapalı qapılar arxasında bütün ciddi ölkələr gerçək analizlər edir və hərbi-siyasi reaksiyalarını ona görə formalaşdırır”.


Ekspertin sözlərinə görə, Ukraynaya müdaxiləsi Rusiyanın qlobal münasibətlərdə böyük dövlət kimi qalıb-qalmaması məsələsidir:


“Böyük dövlət kimi qalmaq Rusiya üçün həyati maraqdır! Üstəlik Ukrayna məsələsi Rusiyanın qlobal güc siyasətində 3-cü qlobal istiqaməti formalaşdırma üçün müəyyən mənada bir fürsət mənasını daşıyır. Rusiyanın qlobal mənada bu qədər böyük iqtisadi, mədəni və geosiyasi maliyyətə qatlanmışkən istədiklərinin böyük bir hissəsini almadan Ukraynada müharibəni dayandırmayacağını düşünürəm.


Hərbi itkilərə gəlincə, bütün böyük dövlətlər həyati maraqlar kimi xarakterizə etdikləri hədəflərini gerçəkləşdirmək üçün böyük hərbi qurbanlar verməyə hazırdı. Bu hədəflər müzakirə və münaqişə mövzusu olanda ələqadar böyük ölkənin siyasi sistemi, yerləşdiyi coğrafi, dini və ya mədəniyyəti o qədər də fərq etmir. Sadəcə, son 40 il ərzində bunun çox sayda nümunəsi var. Rusiya isə tarixdə bunun ən acımasız nümunələrini tez-tez göstərmiş dövlətlərdən biridir!”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu