Modern.az

Fransızlar seçim qarşısında: Prezident kim olacaq? - ARAŞDIRMA

Fransızlar seçim qarşısında: Prezident kim olacaq? - ARAŞDIRMA

Analitika

6 Aprel 2022, 09:58

Fransa vətəndaşları aprelin 10-da ölkəyə yeni prezident seçmək üçün sandıq başına gedəcəklər. Dövlət başçısı postu uğrunda dördü qadın olmaqla 12 namizəd mübarizə aparacaq.

 

Modern.az xəbər verir ki, hazırki prezident Emmanuel Makron seçkilərdə qalib gələrək ölkəni növbəti müddətə idarə etmək niyyətindədir. Lakin onun rəqibləri Makron dövrünün başa çatması üçün ciddi cəhdlə çalışırlar. 

 

Sakinlər arasında keçirilən son anket sorğularında beş namizəd daha üstün olub. Onlardan üçü sağçı, ikisi isə solçudur.

 

Sorğuda Emmanuel Makron mərkəzçi siyasətçi kimi üstünlük qazanıb. Onun “Cümhuriyyət Walk” adlı partiyası həm sağ, həm də solçu seçicilərdən səs alıb.

 

 

Digər namizədlər arasında Marin Le Pen və Erik Zemmur ifrat sağçı mövqe tuturlar. Bundan əlavə, keçmiş prezident Nikolya Sarkozinin partiyası Valeri Pekres sağ mərkəzçilər uğrunda mübarizə aparır.

 

Makronun digər rəqibləri - Jean-Luc Mélenchon ultra solçu, Yannik Jadot isə Yaşılların namizədidir.

 

 

Analitiklər hesab edirlər ki, Makron solçuların parçalanmasından faydalana bilər. Belə ki, seçki kampaniyası Makronun dövlət xadimi kimi mühüm diplomatik rol oynadığı Ukrayna müharibəsinin kölgəsində davam edir.

 

 

Seçki sistemi necə işləyir?

 

Fransada prezidentlər 5 ildən bir, iki həftə fərqlə keçirilən iki turlu seçkilərlə müəyyən edilir.

 

Aprelin 10-da keçiriləcək seçkidə gözlənildiyi kimi, birinci turda heç bir namizəd 50 faiz səs toplamasa, ikinci tur aprelin 24-də baş tutacaq. Nəhayət, seçkilərin qalibi mayın 13-də vəzifəsinin icrasına başlayacaq.

 

Sorğular nədən xəbər verir?

 

Prezident Emmanuel Makron altı aydan çoxdur ki, seçkilərdə irəlidə yer alır.  Onun rəqibləri ilə fərqi Rusiyanın Ukraynanı işğalından sonra artıb.

 

 

Makrondan sonra yer alan Marin Le Pen də digər namizədləri xeyli qabaqlayır. Bir vaxtlar Rusiya prezidenti Vladimir Putinə heyran olduğunu deyən ifrat sağçı rəqibi Erik Zemmura isə dəstək getdikcə azalır.

 

Seçkidə əsas məqamlar nədən ibarətdir?

 

Sorğuların nəticələrinə əsasən, Ukraynadan kənarda seçkilərə təsir edəcək ən böyük nüans iqtisadiyyat, immiqrasiya və təhlükəsizlikdir.

 

Fransa yanvar ayında COVID-19 pandemiyasından qurtularaq, son yarım əsrin ən yüksək illik artımına nail olub. Bununla da Fransa iqtisadiyyatının böyüməsi Makronun əlini gücləndirməyə başlayıb.

 

Ölkədə işsizlik 7,4 faizə düşüb ki, bu da Avropa zonasının orta səviyyəsindən bir qədər yuxarı hesab olunur. İddia edilir ki, Makronun hakimiyyətə gəldiyi il müəyyən etdiyi hədəflər artıq reallığa çevrilir.

 

Rəsmi statistikaya görə, 2020-ci ildən Fransada 6,8 milyon immiqrant yaşayır. Onların üçdə biri Avropa ölkələrindəndir. Ən böyük immiqrant qrupları müvafiq olaraq əlcəzairli, mərakeşli və portuqaliyalılardır.

 

İfrat sağçı namizədlərin kampaniyalarında immiqrasiya məsələsi xüsusilə qabarıq görünür.

 

Zemmur hakimiyyətə gəlsə, o, “sıfır immiqrasiya” siyasətini həyata keçirəcək. Müxalif siyasətçi hər il 100 min miqrantı Əlcəzair, Tunis və Mərakeşə geri göndərəcəyini deyir.

 

 

Zemmurun yanaşmasını tənqid edən Le Pen hakimiyyətə gəldikdən sonra immiqrasiyanı böyük ölçüdə azaltmağa yönəlmiş referendum keçirəcəyini bildirir.

 

 

Təhlükəsizlik məsələsində Pécresse, Zemmur və Le Pen tərəfindən sərt tənqidlərlə üzləşən prezident Emmanuel Makron minlərlə yeni polisi işə götürəcəyini vəd edib. Makron deyir ki, onun hakimiyyəti dövründə ölkədə cinayət nisbəti xeyli azalıb.

 

Ümumilikdə isə son illər ərzində Fransada təhlükəsizlik seçicilər üçün ən vacib məsələlərdən biridir. Sonda Fransada bu ay keçiriləcək seçkilərin nəticəsinin necə olacağını vətəndaşlar özləri müəyyən edəcək, onlar sandıq başına keçərək növbəti 5 il ərzində dövlətin başçısını seçəcəklər. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu