Modern.az

Pisin “yaxşısı” – Makronun yenidən seçilməsinin QƏRİBƏ SƏBƏBİ

Pisin “yaxşısı” – Makronun yenidən seçilməsinin QƏRİBƏ SƏBƏBİ

Analitika

26 Aprel 2022, 16:14

Fransanın hazırki dövlət başçısı Emmanuel Makron yenidən prezident seçilib. O prezident seçkilərinin ikinci turunda 57,60% səs toplayaraq, rəqibi radikal sağçı Le Peni məğlub edib. Beləliklə, Makron 2022-2027-ci illərdə də prezident postunda qalacaq.

 

Makronun birinci prezidentliyi dövründə Fransada daxili vəziyyət elə də yaxşı deyildi. Xüsusilə pandemiya dövründə yaşanan iqtisadi böhran, sosial vəziyyətin ağırlaşması əhalinin küçələrə axışmasına səbəb olmuşdu. Onun xarici siyasəti də ürəkaçan olmayıb. Bütün bu etirazlar, narazılıqlar fonunda Makronun yenidən seçilməsi ortaya bir çox suallar çıxarır: Fransa xalqı yenidən onu niyə seçdi? Bunun səbəbləri nədir?

 

Bu barədə Modern.az-a danışan politoloq İlqar Vəlizadə bildirib ki, artıq Fransada seçim qalmayıb, vətəndaşlar məcburiyyətdən Makrona səs verməli olublar.

 

“Makron seçilməsəydi, Le Pen seçiləcəkdi. O da Makrondan daha münasib namizdən deyildi. Fransada aparıcı Kütləvi İnformasiya Vasitələrindən biri seçkiqabağı vəziyyəti şərh edərkən belə bir başlıq çıxarmışdı ki, Fransa Vəba ilə Çuma arasındadır. Bu da Fransa xalqı üçün daha yaxşı bir namizədin, alterantivin olmadığını göstərirdi. Məhz buna görə də, fransızlar iki pis namizəddən ən münasibini seçməli olub”.

 

Onun sözlərinə görə, Makronun seçilməsi Fransa üçün yaxşı nəsə vəd etmir:

 

“Ümumiyyətlə, seçkinin özü Fransa üçün yaxşı heç nə vəd etmir. Makronun siyasəti məlumdur, yəni həm daxili iqtisadi siyasətdə, həm də xarici siyasətdə çox ziddiyətlidir. Eyni zamanda, bizim regionla bağlı onun siyasəti kifayət qədər ziddiyətli məqamlarla doludur. Düşünürəm ki, bundan sonra böhranlı vəziyyətlər, epizodlar Fransada heç də az olmayacaq. Sadəcə olaraq indi Ukrayna müharibəsi Fransadaxili məsələləri kölgədə qoyub. Amma müharibə nə vaxtsa qurtaracaq. Fransa yenə eyni problemlərlə üzləşəcək. Yeri gəlmişən, demək lazımdır ki, seçicilərin üçdə biri ümumiyyətlə, səs verməyib. Sosialistlər Jan Luk Melansonun tərəfdarları üçüncü böyük qüvvə sayılır ki, onlar da bitərəf qalıblar. Əslində bu siyasi böhranın başqa formasıdır. Fransa bölünüb, parçalanıb. Bunu özləri də etiraf edirlər. Bu parçalanmanı aradan qaldırmaq üçün yaxşı lider olmalıdır. Maraqlı və yaxşı proqram olmalıdır. O da yoxdur”.

 

 

İ.Vəlizadə bundan sonra Makronun rəhbəri olduğu Fransanın Azərbaycana münasibətilə bağlı gözləntilərini də açıqlayıb:

 

“Görünən odur ki, müharibədən sonra yaranan reallıqlar öz sözünü deyir. Hər halda Fransa çalışır ki, bu reallıqlardan çıxış etsin və vəziyyəti nəzərə alıb, addımlar atsın. Bu da ondan xəbər verir ki, istər-istəməz Makron hazırki real vəziyyətə görə hərəkət edəcək. Sadəcə olaraq bu hansı formada keçiriləcək və nə qədər ardıcıl olacaq, bunu zaman göstərəcək. Təəssüflər olsun ki, erməni lobbisinin təsiri Fransada çox böyükdür. Bu istiqamətdə onlar təzadlı addımlar da ata bilərlər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər