Modern.az

Hacıyevlə Qriqoryanı görüşdürən Brüssel Kremli dəli edəcək

Hacıyevlə Qriqoryanı görüşdürən Brüssel Kremli dəli edəcək

20 Avqust 2022, 09:50

Xəbər verildiyi kimi, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.


Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bildirdiyinə görə, ötən gün Brüsseldə keçirilən görüş zamanı Azərbaycan və Ermənistan arasında münasibətlər və Aİ-nin rolu ilə bağlı məhsuldar müzakirələr aparılıb.

Modern.az-ın məlumatına görə, görüşü şərh edən siyasi ekspert Elxan Şahinoğlu bildirib ki, Avropa İttifaqının Ermənistan-Azərbaycan münaqişəsilə bağlı budəfəki əsaslı müzakirəsi də Moskvada xoş qarşılanmayacaq:

“Brüssel yenə Kremli dəli edəcək. Kreml Ukraynaya qarşı işğalçı müharibə və Avropa İttifaqının sanksiyaları fonunda Brüsselin Azərbaycanla Ermənistan arasındakı vasitəçiliyini və həmlələrini qısqanclıqla qarşılayır. Kreml “görəsən Brüsseldə konkret nələr müzakirə edilib”, “hansı razılaşmalar var” kimi suallara cavab tapmaq üçün yaxın günlərdə Bakıya və İrəvana emisarlarını göndərəcək”.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər