Modern.az

Ermənistan hakimiyyəti Rusiya və ABŞ-ın arasında qalıb - ŞƏRH

Ermənistan hakimiyyəti Rusiya və ABŞ-ın arasında qalıb - ŞƏRH

5 Sentyabr 2022, 14:38

Ermənistan hakimiyyəti iki böyük gücün – Rusiya və ABŞ-ın arasında qalıb. Bunu Ermənistan rəsmilərinin səfər trayektoriyasından da müəyyənləşdirmək olar.


Modern.az-ın məlumatına görə, bunu siyasi şərhçi Elxan Şahinoğlu Ermənistanla Azərbaycan arasında aparılan danışıqlar prosesinə münasibət bildirərəkən deyib.


Ekspert Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın bu gün Moskvaya səfər etməsini xatırladaraq deyiub:


“Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarını hüzuruna çağırıb. Görünür, Lavrov Mirzoyandan liderlərin Brüssel görüşünün detallı hesabatını istəyəcək. Ermənistanın müdafiə naziri Suren Papkiyan isə bu gün əks istiqamətə - ABŞ-a gedib. Onu da Pentaqona çağırıblar. Görünür amerikalılar da İrəvanın Rusiya ilə hərbi əməkdaşlığının səviyyəsini öyrənmək istəyirlər. Üstəgəl Qarabağ separatçılarının “xarici işlər naziri” David Babayanı da Konqresdə gözləyirlər. İki gün sonra isə baş nazir Nikol Paşinyan Kreml sahibi Vladimir Putinin hüzurunda olacaq. Paşinyan Putinlə birgə iqtisadi forumda iştirak edəcək”.


Siyasi şərhçi deyib ki, beləliklə, İrəvan həm Moskvaya, həm də onun qatı düşməni Vaşinqtona hesabat verir.

“Aydındır ki, Paşinyan və hökuməti Rusiyanın ağalığından imtina edə bilmirlər, asılıdırlar, ancaq Vaşinqtonun da şirnikləndirici təkliflərindən vaz keçmirlər. Vaşinqton Ermənistanın Rusiyadan tam imtina edə bilməyəcəyini anlayışla qarşılayır, Kremlin isə bu məsələdə mövqeyi qətidir: “Mənim yanımda olmalısan””.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər