Modern.az

Sərhəddə “təhlükəsiz zona”: Bakının strateji planı nədir? - TƏHLİL

Sərhəddə “təhlükəsiz zona”: Bakının strateji planı nədir? - TƏHLİL

13 Sentyabr 2022, 15:16

Məlumatlara görə, Ermənistan-Azərbaycan sərhədində gərginliyin aradan qaldırılması üçün rəsmi Bakının əsas təkliflərindən biri “Azərbaycan sərhədlərinin yaxınlığında təhlükəsiz zonanın yaradılmasıdır”.
 

Burada strateji hədəflər var və hələ sərhəddə ilk toqquşmalar başlayanda – Qaragöl məsələsində bu haqda yazırdıq:
 

1. Qarabağı de-fakto da daxili məsələmizə çevirmək üçün gərginlik Azərbaycanın daxilindən sərhədə köçürülür;
 

2. Rusiyanı Qarabağdan çıxarmağın yollarından biri sərhəddə rusların iştirak edəcəyi “bufer zonanın” yaradılması ola bilər.
 

Çünki rus qoşunlarını Qarabağdan çıxarmağın iki mümkün yolu ola bilər:
 

Birincisi, Rusiyanın tamamilə zəifləməsini gözləmək: Ukrayna müharibəsi belə gözləntiləri yaratsa da, soyuq analiz bu perspektivin çətinliyini də ortaya qoyur;
 

İkincisi, 30 il ərzində Qarabağ münaqişəsindən Bakı və İrəvana təsir rıçağı, həm də bölgədəki mövqelərini saxlamaq üçün istifadə edən Rusiyaya bölgədə “mövcud olacağı yer” verilə bilər:

mümkün seçim sərhəddir;
 

Çünki:
 

- Moskva anlayır ki, 30 il ərzində bölgədə təsir rıçağı olaraq istifadə etdiyi Qarabağ məsələsi bitib və bundan yalnız yaxın perspektiv üçün istifadə edə bilər;
 

- Moskva anlayır ki, Bakı Qarabağa “status” verməyəcək, altına imza atdığı üçtərəfli razılaşmanı icra etməlidir, rus sülhməramlılarının 5 ildən sonra bölgədə qalması sual altındadır: hətta növbəti beş il ərzində qalmağı bacarsalar belə, ki, bu da çətindir, Azərbaycanın daxilindən çıxacaq;
 

Və qoşunlarını sərhədə çıxarmaqla həm bölgədə uzunmüddətli təsir rıçağı əldə edir, həm Bakı-İrəvan xəttində davamlı oyunçuya çevrilir, həm Ermənistanın “mərkəzdənqaçma meylləri”ni neytrallaşdırır, həm də ABŞ, Aİ və İranın girməyə çalışdığı Zəngəzur bölgəsində - müharibədən sonra bu bölgənin strateji əhəmiyyəti böyükdür – mövcudluğunu gücləndirir.
 

Bakı bununla iki hədəfə nail olmağı hesablayır:
 

- Rus qoşunlarının Qarabağdan – Azərbaycan daxilindən çıxarılması imkanını gücləndirir;
 

- Sərhədin delimitasiyasının SSRİ xəritələri ilə müəyyən edilməsində Moskvanın dəstəyini artırır.

Paşinyanın Nüvədi kəndinin adını çəkməsi təsadüfi deyildi, mümkündür ki, bu istiqamətdə strateji nöqtələrə nəzarət məsələsi aktuallaşıb və bu, həm də kommunikasiyanın 10 noyabr razılaşmasına uyğun – Zəngəzurun “dəhliz” məntiqi ilə açılması – həlli baxımından bölgədəki əsas oyunçuların – Türkiyə və Rusiyanın da marağındadır;
 

Burada əsas məqamlardan biri də “təhlükəsiz zona”nın hansı ərazilərdə yaradıla biləcəyidir: Bakı hazırki sərhədləri boyunca ərazi vermir, istisna deyil ki, söhbət SSRİ dövründə Ermənistana müxtəlif adlar altında “bağışlanan” ərazilərin delimitasiya ilə qaytarılmasından sonra Ermənistan-Azərbaycan sərhədləri boyunca zolaqdan gedir;
 

Mümkündür ki, bu məsələ danışıqlarda aktuallaşacaq.


Asif Nərimanlı

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi