Modern.az

Sərhəd təxribatında ABŞ izi – “Blinkenin çıxışı bunu təsdiqləyir”

Sərhəd təxribatında ABŞ izi – “Blinkenin çıxışı bunu təsdiqləyir”

Analitika

13 Sentyabr 2022, 15:42

Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

 

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.

 

Ordumuz təxribatlara qarşı adekvat cavab tədbirləri görüb. Silahlı toqquşma zamanı erməni ordusu ağır itkilər verib. 

 

 

Rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredix Modern.az-a bildirib ki, regionda baş verən hadisələrə səbəb Amerikadır: 

 

“ABŞ münaqişədə yalnız bir tərəfin mövqeyini tutur. Səhər ABŞ dövlət katibi Antonio Blinkenin çıxışları buna nümunədir. Amerikalılar həmişə birtərəfli mövqedə olublar. Onlar sərhəddəki qarşıdurmada sülhməramlı kimi çıxış edə bilmirlər. Əslində bu Bakıya çağırışdır. Azərbaycanın amerikalılara güvəni olmalı deyil. Amerikalılar çevik manipulyatorlardır və təzyiq göstərə bilirlər”. 

 

 

Gürcüstanın Beynəlxalq Münaqişə və Danışıqlar Mərkəzinin eksperti Zaal Anjaparidze də Modern.az-a açıqlamasında münaqişənin səbəbini Qərbdə gördüyünü deyib.


“Kimin hansı tərəfdə olduğunu söyləmək hələ tezdir, prosesin dinamikasına baxmaq lazımdır. Amma ABŞ-da güclü ermənipərəst lobbinin olması heç kimə sirr deyil. Ona görə də iki qonşu ölkə arasında münasibətlərin daha da gərginləşməsində bu faktorlar səbəb ola bilər. Prosesləri daha diqqətli izləmək lazımdır. Gürcüstan iki ölkə arasında əlaqələrin normallaşması üçün addımla artmağa hazırdır”.  

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü