Modern.az

Erməni politoloq Nensi Pelosinin “şirin vədləri”nə aldanmamağa ÇAĞIRDI

Erməni politoloq Nensi Pelosinin “şirin vədləri”nə aldanmamağa ÇAĞIRDI

Analitika

19 Sentyabr 2022, 13:30

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfərinin iki əsas məqsədi var idi - seçki kampaniyası və anti-Rusiya əhval-ruhiyyəsindən yararlanmaq istəyi.

Modern.az xəbər verir ki, bunu İrəvanda keçirdiyi mətbuat konfransında siyasi strateq Karen Köçəryan deyib.


O qeyd edib ki, bu ilin noyabrında ABŞ Konqresinin Nümayəndələr Palatasına seçkilər keçiriləcək. “Pelosi özü İrəvanda bəyan edib ki, Kaliforniya əhalisinin 40%-i ermənilərdir və Ermənistana gələn nümayəndə heyətinə ermənilərin yaşadığı ştatların konqresmenləri də daxildir”.


Politoloqun sözlərinə görə, Vaşinqton hər zaman erməni cəmiyyətini rusiyapərəst kimi qiymətləndirib, lakin indi Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi hökm sürüb, təbii ki, ABŞ bundan istifadə edib, təşəbbüsü öz əlinə almaq qərarına gəlib.


Karen Köçəryan ehtiyat edir ki, Pelosinin gedişindən sonra sərhəddə vəziyyət pisləşə bilər. Amma onun fikrincə, yeni oyunçular meydana çıxmayacaq - Türkiyə, Azərbaycan, İran və Rusiya orduları hələ də Ermənistanın sərhədlərində olacaq. Bu baxımdan, politoloq Ermənistan hakimiyyətini vəziyyəti ayıq şəkildə dəyərləndirməyə və hərbi əməliyyatların bərpası təhlükəsini nəzərə almağa, ölkənin maraqlarını fövqəldövlətlər və tərəfdaşlarla müqayisə etməyə, mövcud münasibətləri pozmamağa çağırır.


“Əgər strateji müttəfiq ümidləri doğrultmayıbsa və Türkiyənin Azərbaycana münasibətdə etdiyi kimi davranmayıbsa, bu o demək deyil ki, bütün əvvəlki münasibətlər məhv edilməlidir”, - deyə siyasi strateq vurğulayıb.


Eyni zamanda, K.Köçəryan əmin olduğunu bildirib ki, indiki vəziyyətdə İrəvanın KTMT yardımına ehtiyacı olduğu kimi, Rusiyanın Cənubi Qafqazda Ermənistana ehtiyacı var. O, bütün mövcud imkanların əvəzediciləri tapılmasa, KTMT və ya Avrasiya İttifaqından çıxmağı adekvat həll yolu hesab etmir.


“Qoy onlar kağız üzərində göstərsinlər ki, hansı silahlar və necə tədarük olunacaq, hansı qüvvələr yerləşdiriləcək, yaxud KTMT və ya Avrasiya İttifaqından çıxandan sonra enerjinin qiymətləri necə olacaq, biz ərzaq, atom elektrik stansiyaları üçün uranı haradan alacağıq? Suallar çoxdur, cavablar isə kağız üzərində olmalıdır”, - deyə K.Köçəryan vurğulayıb.

Siyasi təhlilçi şahmat taxtası ilə mövcud geosiyasi vəziyyəti müqayisə edib. Onun sözlərinə görə, Ermənistan öz maraqlarına uyğun hərəkət edən dünya oyunçularının bir piyadasına çevrilib.


"Təbii ki, Ermənistanda vəziyyət kifayət qədər çətindir, çünki məlum olub ki, region geosiyasi oyunçuların və maraqların kəsişməsinə çevrilib", - o deyib. 


ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi sentyabrın 17-19-da Ermənistanda qalıb və Ermənistanın baş naziri Nikol Paşinyan, parlamentin sədri Alen Simonyanla danışıqlar aparıb. O, həmçinin qondarma “erməni soyqırımı”  memorial kompleksini ziyarət edib.
Pelosi Ermənistanla Azərbaycanın qarşıdurmasında Amerikanın Ermənistanı dəstəklədiyini bəyan dən açıqlamalar verib. 
Bu, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədrinin Ermənistan müstəqillik əldə etdikdən sonra ilk səfəri idi. Yüksək səviyyəli Amerika nümayəndə heyətinə konqresmenlər Frenk Pallon, Anna Eşu və Ceki Spier daxil idi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar