Modern.az

Bakı Fransanın vasitəçiliyindən imtina etməlidir - ŞƏRH

Bakı Fransanın vasitəçiliyindən imtina etməlidir - ŞƏRH

13 Oktyabr 2022, 10:37

Fransa prezidenti Makronun “France 2” telekanlına müsahibəsində Ermənistanı sona qədər tək qoymayacaqlarını bəyan etməsi göstərir ki, bu ölkənin Bakı-İrəvan münasibətlərinin normallaşmasında vasitəçilik etməsi qəbul oluna bilməz, çünki Fransa tərəf olduğunu ən yüksək səviyyədə bəyan edir.

Modern.az xəbər verir ki, bunu siyasi təhlilçi Asif Nərimanlı Emmanuel Makronun Ermənistanı müdafiə, Azərbaycanı ittiham etməsinə münasibət bildirərkən deyib.

“Müsahibədə əsas diqqətçəkən məqamlardan biri isə Azərbaycanın Avropaya qaz satmasının heç bir “güzəştə” əsas vermədiyi haqda dedikləridir.


“Fransa Azərbaycandan qaz almır, bir neçə Avropa ölkəsi ilə qaz razılaşmaları var. Mən Fransa və Avropanın mövqeyi haqda deyə bilərəm ki, “bizim dəyərlərimiz və prinsiplərimiz” nə qazla, nə neftlə satın alınmır”, - Makron deyib.


Bununla “Azərbaycana qarşı sanksiyaları nəzərdən keçirmədiklərini” deyən Avropa İttifaqının beynəlxalq məsələlər üzrə ali komissarı Josep Borelə cavab verir və Bakıya qarşı cəbhəni gücləndirəcəklərini elan edir. Gələn ay Fransa senatı Azərbaycana qarşı sanksiyaların tətbiqini müzakirə edəcək. İstisna deyil ki, Fransa hökuməti təzyiq xarakterli qərarların qəbuluna çalışacaq”, - deyə siyasi analitik bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu