“Mən də hamı kimi, Makronun Ermənistana missiya göndərmək təşəbbüsü ilə bağlı Fransa-Rusiya diplomatik çəkişmələrini maraqla izləyirəm. Müşahidə edirəm və bunun "razılıq" olduğu hissindən qurtula bilmirəm ...”.
Modern.az-ın məlumatına görə, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Avropa İttifaqının mülki missiyasının Ermənistanın Azərbaycanla sərhədinə gözlənilən gəlişi barədə deyib.
Eks-nazirin fikrincə, Fransa lideri Emmanuel Makron son vaxtlar atdığı addımlarla Ruasiyanın “əlinə oynayır”.
“Məncə, Fransa missiya vasitələ şərti sərhəddə və rus sülhməramlılarının məsuliyyət zonasındakı erməni təxribatları hesabına mövzunu BMT Təhlükəsizlik Şurasına müzakirəsinə aparmağa çalışacaq.
Bundan əlavə, BMT Təhlükəsizlik Şurasının müzakirəsi zamanı Rusiya veto hüququnu Rusiya qoşunlarının, o cümlədən sərhəd postlarının və Rusiya sülhməramlı kontingentinin üstünlük təşkil etdiyi beynəlxalq missiyanın yaradılmasına dair razılaşmaya dəyişəcək.
Fransa qətnamədə Azərbaycandan Avropaya enerji resurslarının ixracına qarşı sanksiyalar mövzusunu təqdim edəcək.
Soruşun niyə?
Hər şey çox sadədir – sanksiyalar Fransanın enerji sektoruna təsir etməyəcək və Azərbaycandan qaz və neft tədarükünün olmaması Avropanın boynundakı enerji “ilgəyi”ni daha da sıxacaq. Bu isə kimə sərfəli olacaq - Qərbin səylərini Ukrayna istiqamətində parçalamağa çalışan Rusiyaya.
Deyirlər ki, Makron çoxdandır Kremlə zəng etmir... və ya ola bilər ki, zəng vurur, amma reklam etmirlər…”,- deyə T.Zülfüqarov bildirib.
Xatırladaq ki, oktyabrın 6-da Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron və Avropa Şurasının Prezidenti Şarl Mişelin Praqada keçirdiyi görüşdən sonra İrəvan Aİ-nin mülki missiyasının Azərbaycanla sərhəddə işləməsinə razılıq verib. Missiya oktyabrda işə başlayacaq.