Modern.az

Paşinyan Şarl Mişeli pis vəziyyətdə QOYDU

Paşinyan Şarl Mişeli pis vəziyyətdə QOYDU

Analitika

25 Noyabr 2022, 13:57

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) əli üzülən Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronsuz addım ata bilməyəcək duruma düşüb.


Modern.az xəbər verir ki, bunu siyasi ekspert Elxan Şahinoğlu Brüsseldə gözlənilən, lakin baş tutmayacaq Ermənistan-Azərbaycan danışıqları barədə şərhində bildirib.

“Paşinyan dekabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşdə Emmanuel Makronun iştirakını tələb edib. Azərbaycanın dövlət başçısı ermənipərəst mövqeyinə görə Makronun vasitəçiliyini qəbul etmir. Paşinyanın tələbi Avropa İttifaqının rəhbəri Şarl Mişeli pis vəziyyətdə qoyub”, - E.Şahinoğlu vurğulayıb.  


Ekspert xatırladıb ki, bu il İlham Əliyevlə Nikol Paşinyan arasında Brüsseldə 4 görüş olub, heç birində Makron iştirak etməyib, vasitəçi Şarl Mişel olub.

“Makron sadəcə, Praqadakı konfrans çərçivəsində keçirilən görüşdə liderlərin masasına qatılıb. Paşinyanın Makrondan ikiəlli yapışmasının səbəbi bəllidir. Şarl Mişel tərəfsiz vasitəçidir, bölgədə sülh və əməkdaşlıq istəyir, Qarabağ məsələsinə qarışmır. Makron isə Mişelə tam tərs mövqedən çıxış edir. Ona görə də Paşinyan Makronu Mişelin yanında oturması tələbini irəli sürür”.

Siyasi şərhçi bildirib ki, Şarl Mişel Paşinyana rədd cavabı verməsə, liderlərin görüşü alınmayacaq və Avropa İttifaqının rəhbərinin buna qədərki bütün zəhməti hədər gedəcək.

“Görüş alınmayacaqsa, belə çıxacaq ki, Paşinyanın Makronu tələb etməsi Kremlin maraqlarına cavab verəcək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü