Modern.az

Respublikaçılar Trampı zərərsizləşdirir - Onun əsas rəqibi DeSantis kimdir?

Respublikaçılar Trampı zərərsizləşdirir - Onun əsas rəqibi DeSantis kimdir?

Analitika

6 Dekabr 2022, 17:46

Geosiyasi səhnədə baş verən inqilabi dəyişikliklər dünyada hər bir ölkənin daxili siyasətinə təsir edir, bu baxımından ABŞ-ın özü də istisna deyil.

Modern.az-ın məlumatına görə, Amerika siyasətini təhlil edən ekspert Kamran Cəfərov bildirib ki, Respublikaçılar Partiyası növbəti seçkilərə qədər qalmaqallı eks-prezident Trampı zərərsizləşdirəcək.

 
“ABŞ siyasi ənənələrinə görə, ara seçkilərdə hakim partiya Konqresdə uduzmalıdır: orta hesabla Senatda 5 yer itirilir, Nümayəndələr Palatasında isə 25-30 yer. Amerikalılar hesab edirlər ki, bu cür nəticələrlə balans qorunur, hakimiyyətin bir partiyanın əlində cəmləşdirilməsinə imkan verilmir. Bu ənənəyə zidd olaraq Demokratlar Senatda qələbə qazandılar, Nümayəndələr Palatasında isə çox kiçik fərqlə uduzdular. Bu fakt özü bir sensasiya idi”.

K.Cəfərovun sözlərinə görə, Donald Trampın mövqeyi (Rusiyaya dəstək, 2020-ci il seçkilərinin saxtalaşdırılmasını iddia etməsi və s.) həlledici faktorlardan biri idi:

“Respublikaçılar Partiyasının MAGA (trampçılar) qanadı seçkilərdə birmənalı məğlub oldu. Nəticə etibarı ilə Respublikaçılar Partiyası həqiqətən çox ağır zərbə aldı. İndi bu təşkilatın siyasi elitası başa düşür ki, Tramp vaxtında zərərsizləşdirilməsə, 2024-də Respublikaçılar nəinki Ağ Evdə hakimiyyətə gələcəklər, heç Konqresin özündə palatalardan birinə nəzarəti əldə saxlaya bilməyəcəklər”.

Siyasi təhlilçi bu yaxınlarda Konqresə keçirlmiş ara seçkilərindən sonra baş verənlərə diqqət yetirib:

“Qeyd etmək lazımdır ki, Trampın ən güclü rəqibi Floridanın qubernatoru Ron DeSantisdir.

- Tramp 2024-cü il prezident seçkilərinə qatılacağını bəyan etdi.

- O, DeSantisə qarşı hücuma keçdi: "Ron DeSantisə Floridanın qubernatoru olmağa mən kömək etmişəm" dedi.

- İlon Mask bəyan etdi ki, o, Ron DeSantisi dəstəkləyəcək. Bu, Mask üçün "batan gəmini vaxtında tərk etmək" anlamı daşıyır.

- Sabiq prezidentin (Trampın) milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi olmuş Con Bolton bəyan etdi ki, Respublikaçılar Partiyasına yeni lider lazımdır və bu lider Ron DeSantis ola bilər. Bundan əlavə Bolton bəyan etdi ki, Respublikaçılar Partiyası yeni namizəd seçməsə, o özü seçki kampaniyaya qoşulacaq”.

Ekspert deyir ki, Boltonun DeSantisə qarşı şansları yoxdur, amma bu çox maraqlı siyasi gedişdir: 

“DeSantisin təmiz qalması üçün, Trampa qarşı bütün “qara PR”ı Bolton öz üzərinə götürə bilər.

- Senatda Respublikaçıların lideri Mitç Makkonnell ən sərt formada Trampı tənqid atəşinə tutdu. Tramp Makkonneli "luzer" adlandırdı və dedi ki, onun (Trampın) dəstəyi olmasaydı Makkonnell Senata seçilməyəcəkdi.

- Sabiq vitse-prezident və Respublikaçıların ən nüfuzlu senatorlardan biri Mitt Romni davamlı şəkildə Trampı tənqid atəşinə tutur.

- İvanka Tramp atasının siyasi mövqeyinə görə ondan üz döndərdi.

- ABŞ ən böyük media maqnatlarından biri (FOX, WSJ sahibi) Rupert Merdok Trampın maliyyələşdirilməsini artıq məqsədəuyğun hesab etmir, böyük ehtimalla o da "stavkasını" DeSantisə edəcək.

Və nəhayət ən əsas xəbər. Baş prokuror Merrik Garland bəyan etdi ki, Trampın işi (məxfi sənədlərin oğurlanması və dövlət çevrilişi cəhdi) üzrə xüsusi prokuror təyin olunub. Cek Smit adlı həmin prokuror ittihamçı olaraq həyatında bir dənə olsa da iş ududzmayıb, o, ABŞ-ın ən güclü prokurorlarından biridir. Trampın siyasi müstəvidə zərərsizləşdirilməsindən sonra eks-prezidentin  həbsi olduqca real görünür. Bax, hazırda ABŞ-da belə proseslər gedir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür