Modern.az

Rus ekspertlərin Azərbaycan və Türkiyə əleyhdarlığı nədən qaynaqlanır? - ŞƏRH

Rus ekspertlərin Azərbaycan və Türkiyə əleyhdarlığı nədən qaynaqlanır? - ŞƏRH

20 Dekabr 2022, 12:14

“Rusiyada komünist, sosial-demokrat, həqiqi və ya yalançı liberal-demokrat, milliyətçi və avrasiyaçılardan ibarət çox geniş və aralarında keçmiş hərbçi, siyasətçi, bürokrat, intellektuallardan formalaşan geniş bir spektr var. İdeoloji yanaşmalar çox fərqli olsa da, bunların ortaq özəllikləri arasında güclü bir Azərbaycan və Türkiyə əleydarlığı var”.
 

Modern.az-ın məlumatına görə, bunu siyasi şərhçi Nazim Cəfərsoy Moskva Dövlət Beynəlxalq Münasibətlər institunun hərbi-siyasi tədqiqatlar mərkəzinin aparıcı eksperti Mixail Aleksandrovun Azərbaycanı təhdid etməsinə münasibət bildirərkən deyib.
 

Onun sözlərinə görə, rusiyalı ekspertlərin Azərbaycan və Türkiyə əleydarlığının motivi müxtəlivdir:
 

“Bu əleyhdarlıq bəzən imperial keçmişə, xristian təəssübkeşliyinə, Qərbdə müəyyən mənada yayılmış Türk və İslamafob yanasmaya, erməni lobbisi ilə əlaqələrə, bəzən də mövcud hakimiyyətdəki elita tərəfindən küsdürülmə və vəzifədən uzaqlaşdırılmaya söykənir.
 

Bu təbəqə xüsusilə Rusiyada Azərbaycan və Türkiyə ilə münasibətlər istər normal olsun, istərsə də gərginlik içində olsun - əllərindəki imkanlarla ortalığı qarışdırmağa çalışırlar. Əsasən içi boş müsahibələr verirlər”.
 

N.Cəfərsoy deyib ki, son günlər bəzi rusiyalı ekspertləri xüsusilə erməni lobbisi danışdırır, amma bunun  xeyri yoxdur:

“Dünya, region, ikili münasibətlər, hətta Rusiyadaxili müxtəlif proseslər göstərir ki, Rusiya ilə Azərbaycan və Türkiyə münasibətləri normallaşma istiqamətində davam edəcək! Bu münasibətlər Ukrayna müharibəsi ilə başlamadı ki, onun sonucu ilə də bitsin!”.


Ekspert deyib ki, Rusiya haqqında bu fikirləri bir az fərqli çalarlarla Qərb haqqında da söyləmək olar.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir