Modern.az

Britaniya niyə “yolun açılması çağırışı\"na qoşuldu? - ŞƏRH

Britaniya niyə “yolun açılması çağırışı\

23 Dekabr 2022, 15:06

Dekabrın 20-də BMT Təhlükəsizlik Şurası (TŞ) Laçın yolundakı vəziyyətlə bağlı müzakirələr aparıb. Müzakirələr zamanı BMT Təhlükəsizlik Şurasının üzvləri Azərbaycana qarşı qərəzli mövqe tutaraq, Laçın yolunun açılmasına çağırış ediblər.


Böyük Britaniyanın BMT Təhlükəsizlik Şurasındakı təmsilçisinin də digərləri kimi “yolun açılmasıyla” bağlı çağırışa qoşulması təəssüf doğurub.

Modern.az xəbər verir ki, siyasi şərhçi Elxan Şahinoğlu Böyük Britaniyanın mövqeyindən təəccübləndiyini gizlətməyib.

“Böyük Britaniyanın dostu və düşməni yoxdur, əbədi maraqları var” – bunu Böyük Britaniyanın rəsmiləri deyib. Böyük Britaniyanın Azərbaycanda iqtisadi maraqları olmasaydı, BP şirkətinin Xəzərdə böyük yatırımları və milyardlarla qazancı olmasaydı, bəlkə də bizim üçün Londonun Parisdən fərqi olmayacaqdı. London İkinci Qarabağ müharibəsində Fransa kimi mövqe sərgiləmədi. Ancaq nə baş verdi ki, London bu dəfə “əbədi maraqlarına” tərs addım atdı?”, - E.Şahinoğlu deyib.

Siyasi şərhçi Böyük Britaniyanın BMT Təhlükəsizlik Şurasındakı təmsilçisinin eyni ilə digərləri kimi Azərbaycana “yolun açılmasıyla” bağlı çağırışa qoşulmasından təəssüfləndiyini vurğulayıb:

“Halbuki, Böyük Britaniyanın təmsilçisi balanslı mövqedən çıxış edə bilərdi. Etmədi. Görünür, Londondan təlimat belə imiş. Azərbaycanın Böyük Britaniyadakı səfiri bu mövzuda ada rəsmiləri və diplomatlarıyla görüşlər keçirməli, Londonun mövqeyindəki dəyişikliyin səbəblərini öyrənməlidir. Böyük Britaniyanın BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olması səbəbindən Londonun Azərbaycanla tərəfdaşlıqdan qopmamasına çalışmalıyıq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir