Modern.az

Azərbaycanda daha 72 nəfər koronavirusa YOLUXDU

Azərbaycanda daha 72 nəfər koronavirusa YOLUXDU

25 Dekabr 2022, 17:14

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 72 yeni yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada xəstəlikdən ölən olmayıb.

 

İndiyədək ölkədə ümumilikdə 825 965 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 395 nəfər müalicə olunaraq sağalıb, hazırda 564 aktiv xəstə var. Bu günə qədər 10 006 nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1930, ümumilikdə isə 7 420 424 test icra olunub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir