Modern.az

Balasanyan Laçın yolundakı aksiyaya görə “vurulub”? - ŞƏRH

Balasanyan Laçın yolundakı aksiyaya görə “vurulub”? - ŞƏRH

7 Yanvar 2023, 15:23

Vitaliy Balasanyan erməni separatçıları arasında “əmrə” tabe olmayanlardandır. İddialı Balasanyan Qarabağ separatçılarının lideri olmaq istəyirdi, ancaq Ermənistanın baş naziri Nikol Paşinyanın dəstəyi ilə “lider” kürsüsünə Araik Arutunyan otuzduruldu. Ancaq Balasanyanın bekar qalmaması və Araik Arutunyana mane olmaması üçün onu separatçıların “Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin” etdilər.

 

Modern.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Balasanyanın "vəzifəsindən" uzaqlaşdırılmasına münasibət bildirərkən söyləyib.

 

Onun sözlərinə görə, Balasanyan 2020-ci ilin müharibə dövründə ortada yox idi. Balasanyan müharibə bitdikdən sonra yenidən peyda oldu və elə həmin dövrdən başlayaraq onunla Araik Arutunyan arasında fikir ixtilafı barədə xəbərlər yayılmağa başladı.

 

"Balasanyan Paşinyanın rəqibi Robert Köçəryanın kadrıdır. Balasanyan bir neçə dəfə açıq şəkildə Paşinyanı tənqid etmişdi. Digər tərəfdən Ruben Vardanyanın Moskvadan gətizdirilib Xankəndidə Balasanyana “rəhbər” təyin edilməsi də ikincinin narazılığına səbəb olub. Bu vəziyyətdə Arutunyan-Vardanyan cütlüyü Balasanyanı “vəzifəsindən” kənarlaşdırmağa üstünlük verdilər".

 

E.Şahinoğlu bildirib ki, Köçəryanın dostu olan Vitaliy Balasanyanın Rusiyanın hərbi dairələri ilə sıx əlaqələri var. Belə ki, Rusiyanın Qarabağdakı hərbi kontingentinin rəhbərliyi Balasanyanla dialoq içindədir.

 

"Separatçıların “Təhlükəsizlik Şurasının katibi vəzifəsinə” Ararat Melkumyan “təyin” olunub. Rusiya hərbi kontingentinin komandanlığı yeni “katib”lə təmas qursa da, Balasanyanın simasında köhnə kadrlarını da unutmayacaqlar. Rusiyadakı dairələr Balasanyandan lazımi məqamlarda Nikol Paşinyana və Araik Arutunyana qarşı istifadə edəcəklər.

 

Separatçılar arasındakı “yerdəyişmələrin” Azərbaycana dəxli olmasa da, nəzarətimizdən kənardakı bölgəni diqqətdə saxlamağa məcburuq. Separatçılar arasında fikir ixtilafları müharibənin ermənilər üçün ağır nəticəsinə və Laçın yolunu nəzarətə götürdüyümüzə görə baş verir. Demək, əlimizdəki alətlərdən istifadə etməliyik", - politoloq əlavə edib.

Bu xəbər ilə bağlı
Qarabağ erməniləri parçalanır: Balasanyan separatçıların rəhbərliyindən uzaqlaşdırıldı
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?