Modern.az

Kreml Paşinyana mesaj verdi: “Bizimləsən, yoxsa Qərbləsən?” 

Kreml Paşinyana mesaj verdi: “Bizimləsən, yoxsa Qərbləsən?” 

13 Yanvar 2023, 15:40

“Rusiya prezidenti Vladimir Putinin başı Ukraynadakı işğalçı müharibəyə qarışıb. Ona görə də Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı əleyhinə səsləndirdiyi açıqlamalarına Rusiya prezidentinin sözçüsü Dmitri Peksov və Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova cavab veriblər”.

Modern.az-ın məlumatına görə, bunu Nikol Paşinyanın son günlərdəki anti-Rusiya açıqlamalarını şərh edən politoloq Elxan Şahinoğlu bildirib.

Siyasi şərhçi xatırladıb ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova son mətbuat konfransında Kremlin Paşinyana mesajını təxminən bu şəkildə göndərib: “Bizimləsən, yoxsa Qərbləsən?”.
 

“Paşinyan bu suala konkret cavab verə bilmir. Əlbəttə, Paşinyan daxilən Qərblədir, ancaq Ermənistanın və erməni separatizminin reallıqlarını nəzərə alaraq Rusiyadan qopmanın ağır nəticələrini də proqnozlaşdırmağa çalışır. Paşinyan eyni zamanda iki stulda otura bilməyəcək, Zaxarovanın təbirincə desək, seçimini etməlidir. Seçim Paşinyanın mətbuat konfransında elan etdiklərinin reallaşdırmasından keçir:
1. Ermənistan KTMT-yə üzvlükdən imtina etməli;
2. Kremldən Rusiyanın Ermənistandakı hərbi bazasının ləğvini istəməlidir”, - E.Şahinoğlu bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir