Modern.az

Avropanın qaz böhranı: Səbəb və nəticələri 

Avropanın qaz böhranı: Səbəb və nəticələri 

17 Yanvar 2023, 19:44

Bildiyimiz kimi, 24 fevral 2021-ci ildə Rusiya Federasiyası prezidenti Vladimir Putinin “xüsusi hərbi əməliyyat” adı altında, Ukrayna dövlətinin ərazisində başlatdığı hərbi əməliyyatlar bu gün də davam edir. Rusiyanın bəlli niyyəti ilə başladılan bu savaş Qərb dünyası ölkələri ilə Rusiya Federasiyası arasında ciddi siyasi və iqtisadi qarşıdurmanın yaranmasına səbəb oldu. Təbii qaz və digər faydalı qazıntıların yoxluğundan əziyyət çəkən Avropa birliyi ölkələri ilə bu ölkələri təbii qazla təmin edən Rusiya Federasiyası arasında uzun zamandən bəri davam edən iqtisadi ticarət sözügedən müharibə səbəbiylə əsasən Avropa Birliyi ölkələri tərəfindən dayandırıldı. Bu iqtisadi embarqonu tətbiq edən tərəf Qərb ölkələri olsa da, bu qərarın dezavantajını görən tərəf yenə də həmin ölkələrdir, desək yanılmarıq. Hal-hazırda Qərb ölkələri alternativ mənbələr axtarmaqla bu problemi həll etməyə çalışırlar.

 

Əslində nə baş verir?

 

Keçmiş tarixə nəzər salsaq, Qərb dünyası ölkələri ilə Şərq ölkələri bir çox hallarda biri- birinə qarşı soyuq və uzlaşmaz bir tutum sərgilədiklərinin şahidi olarıq. Günümüzdə bu proses hələ də davam etməkdədir. Əslində 21-ci əsrlə 20-ci əsr arasında çox oxşarlıqlar vardır. O zamanda da, bombalı suiqəsdlər başlamış və ardından da 1-ci dünya savaşı başlamışdı. ”Soyuq savaş” sonrası dünya ölkələri hələ də siyasi və iqtisadi balansı təmin edə bilməmişdir. Və hal-hazırda da, biz həmin prosesin ən qaynar günlərini yaşamaqdayıq. 

 

Ukrayna savaşı və təbii-qaz problemi

 

Avropa ölkələri üçün “təbii qaz” sıxıntısı, imperialist Rusiya Federasiyasının qarşısında onları hər zaman siyasi cəhətdən zəif duruma salmışdır. Bu isə rus imperiyalizminin daha da cürətkar, işğalçı siyasət aparmasına rəvac vermişdir. Belə ki, 2008-ci ilin avqust ayında qonşu Gürcüstanda başlayan və sadəcə 8 günə yekunlaşan münaqişə nəticəsində yaradılmış qondarma Cənubi Osetiya və Abxaziya, 2014-cü ildə Ukrayna dövlətinin işğal edilmiş və hal-hazırda da döyüşlərin ən qızğın getdiyi bölgələr olan Donetsk, Luhansk, Krım, Mariopol, Melitopol, Xerson əyalətlərində müvafiq adlarına uyğun olaraq yaradılan qondarma respublikalar məhz rus imperiyalizminin bariz nümunələridir. Bu gün isə bu prosesin keçən əsrin 90-cı illərində tarixə qovuşan və yenidən canlandırılmasına çalışılan Sovetlər birliyinin yenidən yaradılması cəhdi, təhlükənin səviyyəsinin artıq pik həddinə çatdığını göstərir. 

 

Bütün qərbin və şərqin ortaq düşməni: “Sovetlər Birliyi”

 

Bu gün baş verən proseslərdə, keçən əsrin 90-cı illərində tarixə qovuşan və yenidən canlandırılmasına çalışılan Sovetlər birliyinin yenidən yaradılması cəhdi, təhlükənin səviyyəsinin artıq pik həddinə çatdığını göstərir.

 

Hər nə qədər Qərb ölkələri və NATO bu proseslərə hərbi müdaxilə etməkdən çəkinsələr də, iqtisadi olaraq Rusiyaya embarqolar tətbiq edirlər. Ukrayna savaşında təhlükənin NATO-nun ön qapısı sayılacaq bu ölkəyə gəlib çatması, artıq bütün sahələrdə Rusiyaya qarşı embarqoların tətbiq edilməsinin tələbini labüd edirdi. Rusiya ilə bütün iqtisadi sahələrdə əməkdaşlığı dayandıran Avropa Birliyi, təbii-qaz ticarətinə də embarqo tətbiq etdi. Bu Rusiya üçün yeni tədarükçü, Qərb üçün isə yeni ticari əməkdaş axtarışı deməkdir. Bu prosesi Rusiya üçün böyük iqtisadi itki, Avropa Birliyi üçün qaz ticarətində Rusiyanın əsarətindən qurtuluş kimi də adlandırmaq olar. 

 

Alternativ resurs ola biləcək ölkələr və Orta-Şərq qarşıdurması

 

Avropa Birliyi və NATO ittifaqının, proseslərin bugünkü səviyyəyə gəlib çata bilmə ehtimalını daha öncədən təxmin edə bildiyini desək,yanılmarıq. Çünki 2008-ci ildə baş verən Gürcüstan savaşından bir neçə ilə sonra, Orta-Şərq regionunda ciddi qarışıqlıqlar yaranmağa başladı. Səbəb nədir? Əlbəttə ki, Orta-Şərq regionu ölkələri ilə Avropa qitəsi ölkələri arasında yarana biləcək təbii-qaz anlaşması ehtimalı. Orta- Şərq regionunda Səudiyyə Ərəbistanı, İran, Qətər, İsrail, Misir kimi dövlətlərin kifayət qədər təbii qaz ehtiyatları mövcuddur. Bu ölkələrlə olabiləcək anlaşma, Avropanı Rusiya qarşısında təbii-qaz əsarətindən qurtara biləcək faktordur. Təbii ki, bu Rus dövlətinin maraqlarına ziddir. Əgər bu layihə gerçəkləşərsə, çəkiləcək boru xətləri əsasən Suriyadan keçərək Türkiyəyə, oradan da Avropaya daşınmalıdır. Bu situasiyanı daha öncədən oxuya bilən rus dövləti, hələ SSRİ dönəmindən etibarən Suriya dövlətinin həmin dövrdəki prezidenti Hafiz Əsəd ilə çox yaxın münasibətlər qurmuşdur. Suriya dövləti Hafiz Əsədin dönəmindən etibarən orta şərqdə İrandan sonra rusların 2-ci ən yaxın müttəfiqi olmuşdur. Suriyanın günümüzdəki prezidenti Bəşər Əsəd də Rusiya və İran müttəfiqi siyasəti güdür və əlbəttə ki, bölgədə yaradılması nəzərdə tutulan qaz-boru kəmər xəttlərinin Suriya dövlətinin ərazisindən keçməsinə müttəfiqlərinin də basqısı ilə əks mövqe sərgiləyir. 

 

21-ci əsrin tələbi: İmperializmə son

 

Hazırda Ukrayna ilə Rusiya arasındakı savaşda “Əfqanıstan modeli” tətbiq edilir. Bu tip savaşlara hərbi dildə “Guerilla” savaşı da deyilir. Dünyada bu savaş modelini qazana bilmiş yeganə ordu Türkiyə ordusudur. Bu savaş modeli Əfqanıstan üzərindən Sovetlər birliyinə qarşı istifadə olunmuşdur və bu üslubla tarixin ən böyük imperiyası parçalanmışdır. Bu savaş tipi bir işğalçı ölkənin iqtisadiyyatını çökdürmək üçün ən effektiv üsuldur. Hazırki vəziyyətdə Qərb durmadan Ukraynanı dəyəri milyardları aşan silahlarla təmin edir. Eyni zamanda kəşfiyyat mövzusunda da Qərb bütün qüvvəsini Ukrayna üçün səfərbər edir. Artıq Rusiyanın ciddi mühimmat sıxıntısı çəkdiyini və mütəffiqi İrandan dronlar alaraq savaşı davam etdirməyə çalışdığını görürük. İranın təqlidi- monarxiyaçı Xomenei rejimi də çox yaxşı bilir ki, əgər Rusiya məhv edilərsə, belə demək mümkündürsə, növbə İranın molla rejiminə çatacaqdır.

 

Eyni zamanda, son dönəmlər İran işğalında olan Cənubi Azərbaycan əyalətlərində ciddi milli hərəkata başlayan həmyerlilərimiz və bölgənin etnik xalqları, təqlidi- monarxiyaçı Xomenei rejiminin basqıcı rejimindən qurtulmağa və öz həmvətənləri ilə birləşməyə çalışırlar. Bölgədə ən azı 35 milyonluq azərbaycanlı əhalisi var və bu olduqca ciddi bir rəqəmdir. Hal-hazırda da bölgədə vəziyyət olduqca kritikdir və xalqla rejim arasında istiqrarsız qanlı döyüşlər davam etməkdədir. İranın molla rejimi öz siyasi nüfuzunu itirməmək və Rusiyanın nüfuzunun bölgədən sıxışdırılıb çıxarılmaması üçün Rusiyaya ciddi silah dəstəyi verir. Ancaq illərdir embarqoya məruz qalan və məhdud texnoloji imkanlara malik olan İran silahları, Rusiyanın məhvinin qarşısını sadəcə zaman qazandıraraq gecikdirmə imkanına malikdir. Rusiyanın məğlub edilməsi, İranın bölgədə yalnızlaşmasına səbəb olacaqdır və bu rejimlərin məhvi Orta-Şərq regionuna barış və hüzurun gəlməsinə zəmin yaradacaqdır. Nəticə olaraq regional kommunikasiyalar qurulacaq və Avropa da qaz böhranından qurtulmuş olacaq.

 

İbadov Hüseyn

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır