Modern.az

Azərbaycanda pivə istehsalı üçün arpa emalı zavodu AÇILACAQ

Azərbaycanda pivə istehsalı üçün arpa emalı zavodu AÇILACAQ

Analitika

18 Yanvar 2023, 15:12

“Carlsberg Group” şirkəti Azərbaycanda arpa emalını 100 faiz lokallaşdırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Davosda “Carlsberg Group” şirkətinin prezidenti və baş icraçı direktoru Kes t`Hart ilə görüşündə bildirilib.

 

Qeyd edilib ki, pivə istehsalında istifadə olunan arpanın emalının lokallaşdırılması isə yaxın vaxtlarda 100 faizə çatdırılacaq.

 

Söhbət zamanı, həmçinin Azərbaycanda pivə istehsalında istifadə olunan arpanı emal edəcək yeni zavodun 2024-cü ilin yanvarında fəaliyyətə başlamasının və ölkəmizə yeni investisiyaların yatırılmasının nəzərdə tutulduğu vurğulanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü